Şarmazanov: "Artıq keçmiş müdafiə naziri siyasətlə məşğul ola bilər"
"Hər bir sabiq nazir siyasətlə məşğul ola bilər. Bu onun konstitusion hüququdur. Artıq "keçmiş müdafiə naziri" statusunu almış Seyran Ohanyan da başqaları kimi siyasətlə məşğul ola bilər". SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov deyib.
Məlumata görə, S.Ohanyan Ermənistan prezidentinin Parlamentdəki nümayəndəsi Viktor Dəlləkyanın yaratmaq istədiyi Respublika Partiyasına daxil olacaq. "Ohanyan müraciət etsə, bu məsələ partiyamızda müzakirə ediləcək. hakimiyyətdə, yoxsa müxalifətdə olacağı isə apreldə keçiriləcək parlament seçkilərindən sonra bəlli olacaq", - Şarmazanov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB