AXCP-nin keçmiş üzvü: “Partiya rəhbərliyi dəyişsin”

AXCP-nin keçmiş üzvü: “Partiya rəhbərliyi dəyişsin”

"AXCP-dən istefa verənlərin yenidən partiyaya qayıdacağı ilə bağlı səslənən iddiaların heç bir əsası yoxdur. Niyə kimsə ora qayıtsın ki?". Bu fikirləri SİA-ya açıqlamasında AXCP-nin keçmiş üzvü Rüfət Əliyev bildirib.

AXCP-dən kütləvi şəkildə istefa verənlərin yenidən hansısa şərtlər daxilində partiyaya qayıdacaqları ilə bağlı səslənən iddialara cavab verən R.Əliyev onu da əlavə edib ki, bu, olduqca qeyri-ciddi bir məsələdir və real olmayacaq bir şeydir: "Bu, iki halda ola bilər: ya partiya rəhbərliyi dəyişsin, yeni rəhbər gedənləri qaytarmaq üçün danışıqlara başlasın, ya da rəhbərlik özünün partiyanı marginallaşma siyasətindən imtina etsin. AXCP-də hazırda bunların heç biri yoxdur. Buna görə də heç kim ora qayıdası deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə