Elçin Mirzəbəyli: “Bu adamlardan Azərbaycan əleyhinə istifadə edirlər” AÇIQLAMA!
"Mitinqdə şəkil çəkdirib Avropa ölkələrinin Azərbaycandakı səfirliklərindən siyasi sığınacaq istəmək siyasi naşılıqdan əlavə, həm də mənəvi şikəstlikdir. Çünki siyasi mövqeyindən asılı olmayaraq hər bir insan öz vətənində zəhmət çəkməli, pul qazanmalıdır, hər hansısa formada dövlətinə, millətinə xidmət etməlidir. Ancaq Avropaya "əlim yağ-bala batacaq" arzusu ilə qaçmaq istəyənlərdən bunu gözləməyə dəyməz. Bu bir faktdır ki, "Milli şura"nın mitinqinə gələn azsaylı adamların əksəriyyəti müəyyən məqsədlərlə ora yığışır".
Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli bildirib.
Radikal müxalifətin sentyabr ayında keçirilən mitinqlərindən sonra cəbhəçilərin müəyyən bəhanələrlə xarici səfirliklərə müraciət etməsinə münasibət bildirən E.Mirzəbəyli onu da qeyd edib ki, belə adamları cəmiyyətimizə "qəhrəman" kimi sırımağa çalışırlar: "Ancaq bu adamlar qıraqdan çox pis görünürlər. Özlərini müxalifət adlandıran bu adamlar istədikləri vaxt mitinq keçirirlər, mətbuatda və sosial şəbəkələrdə sərbəst şəkildə fikirlərini ifadə edirlər, hətta bir çox hallarda yersiz olaraq iqtidarın gördüyü işlərə kölgə salmağa çalışırlar. Ancaq yenə də özlərindən "qəhrəman" obrazı yaratmaq üçün Azərbaycanda söz azadlığının olmadığını dünyaya car çəkirlər. Guya bunlara medal verəcəklər. Halbuki Avropa radikal müxalifətin fəaiyyətindəki məqsədləri çox gözəl başa düşür. Bir çox hallarda onları "siyasi mühacir" kimi qəbul edir və bir müddət sonra həmin adamlardan Azərbaycana qarşı istifadə edirlər. Qərbin məqsədi olmasa bunu edərmi? Heç vaxt! Onları ən natəmiz, ən aşağı səviyyəli işlərə cəlb edirlər. Halbuki bu işləri görməyi avropalı özünə sığışdırmır. Burda özünə "adademik", "lider". "dahi" deyən adam orda niyə belə alçalır? Deməli, problem ilk olaraq bu adamların düşüncəsindədir, əqidəsindədir. Odur ki, yaxşı olardı ki, ilk olaraq bu adamların başında duranlar bu tip təxribatçı, ölkəmizin maraqlarının əleyhinə işləyən addımlardan əl çəksinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB