“Jurnalistikanın bu günü”

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Republikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olmuş "Jurnalistikanın bu günü" layihəsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə tanınmış aparıcılar Vüsalə Səid və Rəşad Mehdili iştirak edib.

Əvvəlcə layihə rəhbəri Jalə Məmmədova qonaqları tələbələrə təqdim edib və Gənclər Fondu haqqında onları bilgiləndirib.

Daha sonra aparıcılar jurnalist tələbələrlə jurnalistikanın bu günki vəziyyətini müzakirə etmiş, gələcəyin jurnalistlərinə təcrübələri haqqında məlumat veriblər.

Görüşün sonunda aparıcılar gənclərin suallarını cavablandırıb və kollektiv foto çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə