Səfir: "Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir"

Səfir: "Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir"

Azərbaycanla İran arasında münasibətlər yüksək səviyyədədir. Bunu SİA-ya açıqlamasında İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə deyib.

O bildirib ki, əvvəlki illərə nisbətən iki ölkə arasında əlaqələrin səviyyəsi daha da artıb və bu istiqamətdə səylər davam etməlidir: "Həm dövlətlərimiz, həm də xalqlarımız əlaqələrimizin səviyyəsini qoruyub, daha da inkişaf etdirməlidir. Hesab edirəm ki, Azərbaycan və və İran regionda münasibətlərini mütamadi olaraq genişləndirməlidir".

Diplomat ölkəmizlə bağlı ilkin təəssüratlarını da açıqlayıb: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Mən burda öz yaxınlarımın, qardaşlarımın, bacılarımın yanındayam. Heç bir fərq hiss etmirəm. Biz yaxın qonşu, qardaşıq".

Bakıda səfir kimi çalışmaqdan çox məmnun olduğunu deyən səfir, diplomatik fəaliyyəti dövründə geniş planlarının olduğunu da əlavə edib: "Şimal-Cənub dəhlizinin yaradılmasının özü çox mühüm bir layihədir və bu işi başa çatdırmaq lazımdır. Bu dəhlizin yaradılması çox vacibdir. Əməkdaşlıq üçün digər sahələr də var, hər iki ölkə üçün faydalı olan sahələrdə işlər davam etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə