PKK terror təşkilatının öldürülmüş üzvünün cibindən çıxan telefonun yaddaş kartında bu təşkilatın Türkiyə Silahlı Qüvvələrinə qarşı gerçəkləşdirilmiş xain hücumun görüntülərini əks etdirən videoçəkiliş üzə çıxıb. Çəkilişdən aydın görünür ki, PKK terrorçuları dağlıq ərazidə gizlənərək, yoldan keçən jandarma (hərbi polis) konvoyunu uzaqdan idarə olunan bomba vasitəsilə partladır. Daha sonra əsgərlərə yardıma gələn digər hərbi texnikaya qarşı da eyni plan reallaşdırılır. Hətta sonradan hadisə yerinə yaxınlaşan təcili yardım maşını da orada çox qala bilməyərək, yaralı əsgərləri təhlükəli ərazidən uzaqlaşdırmağa macal tapmır.
Qeyd edək ki, öldürülmüş terrorçunun üzərindən götürülmüş həmin telefon kartı vasitəsilə digər terrorçuların da yerləri müəyyənləşdirilib və onlar zərərsizləşdiriliblər.
Videoya bu linkdən baxa bilərsiniz:
http://sadifece.net/oldurulen-p-k-k-linin-cebinden-cikan-goruntuler-kan-dondurdu
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB