XİN: "ABŞ-ın heç bir tutarlı dəlili yoxdur"

XİN: "ABŞ-ın heç bir tutarlı dəlili yoxdur"

Rusiyanın haker hücumlarında iştirakına dair ABŞ-ın heç bir dəlili yoxdur. SİA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, oktyabrın 7-də ABŞ-ın Milli Kəşfiyyat və daxili təhlükəsizlik məsələləri üzrə qurumlarının rəhbərləri verdikləri birgə bəyanatda Rusiya tərəfi siyasi təşkilatlara və bəzi şəxslərə qarşı haker hücumlarında iştirakda günahlandırılır: "Amma masa üzərinə heç bir tutarlı və əsaslı fakt yoxdur. Təkrar edirik ki, əvvəllər də səslənmiş bu ittihamların heç bir əsası yoxdu. Sanki ABŞ Adminstrasiyasında kimsə aydın şəkildə anti-Rusiya təbliğatını davam etdirmək üçün siyasi sifariş yerinə yetirir".

Bütün xəbərlər Facebook səhifəmizdə