Miqrasiya orqanları rəhbərləri Şurasının iclası keçiriləcək

Miqrasiya orqanları rəhbərləri Şurasının iclası keçiriləcək

Oktyabrın 12-də Bakıda MDB iştirakçı ölkələrin miqrasiya orqanları rəhbərləri Şurasının iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclada miqrasiya sahəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəldilmiş 17 məsələyə baxılması planlaşdırılır.

İclas iştirakçıları həmçinin ikitərəfli readmissiya sazişlərinin və miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişlərin bağlanması üzrə işlərin gedişi barədə məlumat mübadiləsi aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə