Milli Məclisin bir qrup deputatı cari ilin oktyabr ayının 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, millət vəkilləri Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov ölkəmizi təmsil edən nümayəndə heyətinin xətti ilə seçki prosesini izləyəcəklər.
Deputatlarımız müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişinə, vətəndaşların fəallığına diqqət yetirəcəklər.
Səfər oktyabrın 10-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB