Deputatlarımız Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin bir qrup deputatı oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Tbilisiyə səfər edəcək. Deputatlar Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının, Əli Məsimli GUAM Parlament Assambleyasının müşahidəçilər qrupunun tərkibində, Əflatun Amaşov və Hikmət Məmmədov ölkəmizi təmsil edən nümayəndə heyətinin xətti ilə səsvermə prosesini izləyəcəklər. Azərbaycan parlamentariləri müxtəlif seçki məntəqələrində olacaq, səsvermənin gedişini, seçici fəallığını müşahidə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB