Müxalifət düşərgəsində "qiyamçı səfir" kimi tanınan və hazırda Avropada mühacirətdə yaşayan Arif Məmmədovun "Milli Şura" və AXCP-nin planına əsasən "AND" - "Azərbaycan Naminə Demokratiya" hərəkatı yaratmaq istəyi məhz düşərgə təmsilçiləri tərəfindən kəskin etirazlarla qarşılanıb. SİA-ya daxil olan məlumata görə, etiraz edən tərəflər əsasən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün bu məsələdə təşəbbüskar kimi çıxış etməsini öyrəndikdən sonra buna qarşı çıxıblar. Belə ki, A.Məmmədovun "Milli Şura"ya yaxın olması və hərəkat təsis edilərkən, "Milli Şura" rəhbəri C.Həsənlinin iştirak etməsi vəziyyətin gərginləşməsinə səbəb olub. Məlumat sırasında bəlli olub ki, "AND"ın təsis tədbirindən çəkilən fotolarda olanların əksəriyyəti AXCP və "Milli Şura" təmsilçiləridir.
Qabil Rzayev: "5-10 nəfər saxta mühacir sənət alverçilərini müxalifət hesab etmirik"
Mühacirətdə yaşayan müxalifətyönlü təşkilar rəhbərləri bu qurumun səmərəsiz və şəxsi ambisiyalara xidmət etdiyini deyirlər. "Avropa Azərbaycanlıları Milli Birlik Şurası"nın sədri Qabil Rzayev bununla bağlı deyib ki, onlar Avropada nə "Milli Şura"nı müxalifəti qucaqlayan təşkilat olaraq görür, nə də Arif Məmmədov adlı keçmiş diplomatı müxalif şəxs olaraq tanıyırlar: "Referendumdan öncə Cəmil Həsənli gəldi və Strasburqda özünü biabir etdi, getdi. Bir qrup Əli Kərimçiləri başına yığdı və sonra da "AND" adlı nəsə yaratdıqlarını elan etdilər. Biz milli demokratlar olaraq, Avropanın qaranlıq fondlarından aldıqları qrantlarla 23 ildir müxalifətçilik edən şəxslər və təşkilatlarla əməkdaşlığa isti baxmırıq. "AND" sadəcə olaraq, Əli Kərimlinin Avropada yeni adla təşkilatlanmasıdır. "Milli Şura" da Əli Kərimlinin siyasi manevrlərini həyata keçirmək üçün əlinə keçmiş yeni bir vasitədir. Biz nə Arif Məmmədovun keçmişini tanıyırıq, nə də onun başına yığışmış 5-10 nəfər saxta mühacir sənət alverçilərini müxalifət hesab edirik".
"Ola bilər ki, bu hərəkat "Milli Şura"nın monopoliyası altında olsun"
İsveçdə yaşayan Müsavat partiyasının üzvü Kənan Hacıəkbəroğlu da hesab edib ki, adıçəkilən hərəkatın uğur qazanması qeyri-mümkündür: "...Aşağı-yuxarı hər ölkədə bir təşkilat formalaşıb. Amma bunları bir yerə toplamaq barədə düşünən şəxs yanlış fikirləşir. Diplomat olmasına baxmayaraq, belə bir işin öhdəsindən gələ bilməz. İnsanları bir yerə yığmaq məsələsi çox gülüncdür. Sadəcə məqsəd "mən də bir təşkilat formalaşdırım, söz sahibi olum" düşüncəsindən başqa bir şey deyil".
Müsavatçı daha bir amilə toxunaraq deyib ki, "AND" adlı qurumda Elşad Abdullayev kimi dələduzun, insan orqanı alverçisinin adı da var: "Hərəkatda Elşad Abdullayev və başqa bu tipli şəxslər var. Müəyyən dərəcədə tədbirin keçirilməsi və bu kimi işlərə maliyyə yardımı olur. Bu da öz şəxsi mənafelərini güdməkdən irəli gəlir…Onlar özlərini "Milli Şura" və Əli Kərimlinin yanında görürlərsə, şəxsi işləridir. Bu baxımdan ola bilər ki, bu hərəkat "Milli Şura"nın monopoliyası altında olsun. Bu təşkilat da bir müddətdən sonra sıradan çıxacaq, yaxud adi bir quruma çevriləcək. Azərbaycana heç bir təsir edə bilməyəcək…"
Sabiq AXCP üzvü, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Belçikada yaşayan qardaşı Mirzə Sakit isə bu məsələyə konkret fakir bildirərək deyib ki, Arif Məmmədovun ağlı işləmir: "Arif Məmmədov zır dəlidir. Ona qoşulanlar da elə o ağıldadırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB