"Ohanyan müxalifət partiyasına sədrlik edəcək" Hraparak

"Ohanyan müxalifət partiyasına sədrlik edəcək" Hraparak

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan müxalifət partiyasına rəhbərlik edəcək. SİA-nın məlumatına görə, bu barədə "hraparak" nəşri yazıb. Qəzetin məlumatına görə, Ohanyan istefa verdikdən sonra onun müxalifət düşərgəsinə keçməsi barədə danışıqlar aparılır və sabiq nazir "Dönüş" (Şrcadarç) partiyasının sədri olacaq..

Hakim Respublika partiyasındakı dairələr bunu qeyri-mümkün hesab etsələr də, Ohanyanın prezident Sej Sarkisiyandan incik ayrıldığını təsdiq edirlər.

Öz növbəsində qeyd edilir ki, Prezident Administrasiyası rəhbərinin müavini Viktor Dallakyan həmin partiyanın yaradılmasının təşəbbüskarıdır. Dallakyanın Prezident Administrasiyasının yeni rəhbərinin təqdimatında iştirak etməsinə baxmayaraq, Ohanyan yekun razılığını verdikdən sonra onun Respublika partiyasının əleyhinə gedəcəyini tərəfdarları da təsdiqləyir. Qəzet yazır ki, yeni partiya Rusiyadakı mənbələrdən maliyyələşəcək və "politinfo.am" saytını artıq bu istiqamətdə ilk addım hesab etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə