2003-cü ilin 15-16 oktyabr hadisələrinin üzərindən 13 il keçməsinə baxmayaraq, hər il bu vaxt yeni ittihamlar və həmin ittihamlar fonunda yeni ifşalar üzə çıxır. Belə ki, bu dəfə "Ümid" partiyasının sədri İqbal Ağazadə Müsavatın sabiq başqanı İsa Qəmbərə "qorxaq" titulunu verməsi vəziyyətin yenidən gərginləşməsinə səbəb olub. Ötən yazımızda bununla bağlı müəyyən qeydlər etmişik. Belə ki, Qərb siyasi qurumlarının və xarici donor təşkilatların dəstəyi ilə ölkədə vətəndaş qarşıdurması, dağıdıcılıq, aşırı radikalizm toxumlarını səpməyə cəhd edən daxili və xarici düşmənlərin bu planları baş tutmasa da, həmin proseslərdə aparıcı rol oynayan, bu gün də müxalifət düşərgəsində naftalin iyi verən "liderlər" rüsvayçı məğlubiyyətlərində bir-birlərini günahlandırmaqla yanaşı, əsas günahkarın İ.Qəmbər olduğunu bildirirlər.
Nə İsa Qəmbər, nə də Müsavatın mövcud rəhbərliyi ittihamlara cavab vermirlər
Bu dəfə sabiq müsavatçı funksioner, hazırda Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının üzvü Ellada Məmmədli demək olar ki, bənzər çıxış edib, keçmiş sədrini qorxaqlıqda suçlayıb. Məmmədli deyib ki, o da Müsavatın o zamankı prezidentliyə namizəd olan başqanına, zəng edildiyindən, tərəfdarları arasına qatılması çağırışlarından xəbərdardır. Amma İ.Qəmbər həmin vaxt ona edilən zənglərə qəti cavab verməyib.
Maraqlı məqamlardan digəri isə qorxalıq ittihamlarının ardınca nə İ.Qəmbərin, nə də Müsavatın mövcud rəhbərliyinin bu məsələyə münasibət bildirməməsidir. Onlar, demək "susmaq razılıq əlamətidir" prinsipi ilə razılaşdıqlarını sərgiləyirlər. İttihamlar artıqca, İ.Qəmbərin səssizliyi də artmaqda davam edir. Hətta İ.Qəəmbərin 15-16 oktyabr hadisələrini yeni yaşayırmış kimi, yenidən qaçıb-gizlənməyə, insanlardan təcrid olmağa yer axtarması olayları, yenidən canlanmağa başlayır. Məhz bu baxımdan, eks-müsavatçı başqanın susqunluğu vaxtilə onunla eyni cinahda olan tərəfləri də hiddətləndirir.
Ellada Məmmədli: "İsa Qəmbər cavab versin"
Məsələn, "Ümid" sədri İ.Ağazadənin ittihamının ardınca İ.Qəmbərin susqun dayanmasını E.Məmmədli bu cür cavablandırıb: "Yaxşı olardı ki, buna İsa bəy özü cavab versin. Mən onların arasında olan söhbətlərə qarışmaq istəmirəm. Amma 2003-cü ilin proseslərində iştirak edənlər kimin o tribunaya çıxdığını çox yaxşı bilir".
Beləliklə, düşərgədə gündəmdə qalmaq üçün yeni mövzuya artıq bir neçə gündür ki, start verilib. Yəqin, İ.Qəmbər və tərəfdarları İ.Ağazadəyə və sair ittiham çıxışçılarına cavab hazırlayırlar, başları həmin cavabın necə veriləcəyinə qarışıb. Ona görə də yaxın bir neçə gündə radikal düşərgənin siyasi səhnəsinin reperturarında növbəti premyeraya baxmalı olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB