İraq Türkiyə münasibətlərində yeni gərginlik Səfir XİN-ə çağrıldı
İraqın Ankaradakı səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb İraq Məclisində Türkiyə əleyhinə qəbul edilən qərar olub.
Qeyd edək ki, İraq Məclisi Türkiyə Böyük Millət Məclisinin türk əsgərlərinin İraqda qalma müddətinin uzadılması ilə bağlı verdiyi qərarı qəbul etmədiyini bəyan edib. Türkiyəyə qarşı ağır ittihamların yer aldığı qərarda həmçinin, hökumətdən Ankaranın Bağdaddakı səfirinə nota verilməsi, İŞİD -ə qarşı könüllülərə hərbi təlim verən Türkiyə qüvvələrinin "işğalçı güclər" adlandırılması, Rəcəb Tayyib Ərdoğanın şərhlərinin qınanması, Türkiyə ilə ticarət və iqtisadi əlaqələrin yenidən nəzərdən keçirilməsi tələb olunub.
Türkiyə XİN öz növbəsində bu qərarı qınayıb, xüsusilə Rəcəb Tayyib Ərdoğana yönəlik çirkin ittihamlar olan bölümünə şiddətlə etiraz etdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB