Cümşüd Nuriyev: “Bayer axı kimdir ki, ölkənin daxili işinə qarışır?” AÇIQLAMA
"ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Daniel Bayer axı kimdir ki, o ölkə rəhbəri və Azərbaycan hökuməti haqqında çıxışlar edir? Ümumiyyətlə ölkə Prezidenti ölkənin simvoludur". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın daxili işlərinə qarışmaq üçün heç kimə ixtiyar verilməyib: "ABŞ hələ başa düşmür ki, Azərbaycan onun dominonu, Azərbaycan xalqı isə onların nökəri deyil. Rəsmi Amerika bunu dərk etməlidir. Azərbaycan xalqının dövlətçilik tarixi minilliklə ölçülür. ABŞ dövlətçiliyinin isə heç 300 illik tarixi yoxdur. Bu gün tək ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi deyil, eləcə də Azərbaycandan olan keçmiş səfirlər və yaxud özünü tanıyan-tanımayan və s. kim varsa ölkə rəhbəri, Azərbaycan dövləti haqqında danışır. Ümumiyyətlə buna son qoymaq lazımdır. Hesab edirəm ki, bu cür hallarda Azərbaycan Xarici İşlər Nazirliyi qarşı tərəfə nota verməlidir. Axı niyə bu məsələni gündəmə gətirmir? Azərbaycan xalqı öz sözünü artıq həm seçkilərdə, həm də 26 sentyabr Referendumunda deyib. Son 30 ilə qədər zəncilərə hüquq verməyən, bu gün isə eyni cinslərin evlənməsinə şərait yaradan ölkənin Şərqin ən böyük dövləti, onun xalqı haqqında axmaq fikirlər söyləməsi yersizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB