"ABŞ Əsəd qüvvələrinə zərbə endirmək imkanların araşdırır"

"ABŞ Əsəd qüvvələrinə zərbə endirmək imkanların araşdırır"

ABŞ hökuməti Suriya münaqişəsinə hərbi müdaxilə imkanlarını nəzərdən keçirir. SİA-nın məlumatına görə, bu barədə The Washington Post nəşri yazıb. Məlumata görə, ötən həftə Ağ Evdə Dövlət Departamentinin nümayəndələri, ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Suriya rejiminin mövqelərinə hava zərbələri endirmək müzakirə olunub. Bu məsələnin prezident Barak Obamanın rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının iclasında da müzakirəsinin davam edəcəyi gözlənilir. Görüş bu həftə sonu baş tuta bilər. Müzakirələrdə iştirak etmiş şəxslərdən birinin verdiyi məlumata görə, baxılan variantlar arasında Suriya qüvvələrinə "Kruiz" və digər uzun mənzilli raketlərlə zərbə endirmək də var.

Bütün xəbərlər Facebook səhifəmizdə