Bu gün Almaniyanın Bakıdakı səfirliyi Alman Birliyi Günü münasibətilə rəsmi qəbul təşkil edib. SİA-nın məlumatına görə, qəbulda dövlət rəsmiləri, ölkəmizdəki diplomatik korpusların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab iki ölkənin iqtisadi sahədə yaxın tərəfdaş olduğunu bildirib: "Azərbaycan MDB-də Almaniyanın Ticarət Palatası olan 2-ci ölkədir. Biz Azərbaycana iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməyə hazırıq. Mövcud ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik".
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan hökuməti və xalqı adından Almaniya xalqını və dövlətini təbrik edib. Bildirib ki, Azərbaycan Almaniya ilə münasibətlərin dinamik inkişafını istəyir: "Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyət göstərib və əminəm ki, gələcəkdə də bu istiqamətdə öz töhfəsini verəcək. Almaniya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Almaniya siyasi, iqtisadi, tarixi və mədəni baxımdan böyük dövlətlərdən biridir. Biz Azərbaycan və Almaniya arasında münasibətlərin dinamik şəkildə inkişafından məmnunuq. Gələcəkdə də bu münasibətlər daha da dərinləşəcək və genişlənəcək. İqtisadi əlaqələrimiz çox genişdir. Azərbaycanda ciddi iqtisadi islahatlar aparılır. Düşünürəm ki, bu sahədə də alman tərəfdaşlarımızla yaxşı əməkdaşlıq edə bilırik. Bu baxımdan hökumətlərarası komissiyanın yaradılması məsələsini nəzərdən keçirmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB