Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da İstanbula səfər edəcək. RF Prezidentinin səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşü və Ümumdünya Enerji Konqresində çıxışı planlaşdırılır.
SİA "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə RF Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Xatırladaq ki, sentyabrın əvvəllərində Rusiya və Türkiyə liderləri Moskvanın Ankaraya tətbiq etdiyi ərzaq embarqosunun, eləcə də Rusiya ət-süd məhsullarının Türkiyə bazarına çıxarılmasına qoyulan qadağanın aradan qaldırılması məsələlərini müzakirə ediblər. Bundan başqa, "Türk axını" layihəsinin reallaşdırılması və "Akkuyu" atom elektrik stansiyası ilə bağlı məsələlər də nəzərdən keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB