Ehtiram Mehdiyev: “Əli Kərimli AXCP-ni ləkələməyə çalışır” AÇIQLAMA
"20 ildən çoxdur ölkədə "dələduz işlərin" arxasında Əli Kərimli möhürü çıxmağına cəmiyyət artıq öyrəşib. Yurd sədrinin əsas məqsədi illərdir fədakar insanları aldadaraq, çirkin siyasətinə qurban verməklə öz maraqlarına xidmət etməkdir. Bu günlərdə də cəmiyyət Əli Kərimlinin Avropada miqrant alveri ilə məşğul olduğunun şahidi oldu". Bunu SİA-ya alternativ AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib.
Onun sözlərinə görə, Kərimli nə az, nə çox düz 3 min dollara bu arayışları satmaqla köhnə biznesini işə salmağa başlayıb: "Yurd sədri bunun üçün Avropanın bir neçə ölkəsinə qanunsuz adam daşıyan üzvlərini də ezam edib. Belə ki, hazırda Almaniyada, Fransada, Hollandiyada yaşayan üzvlərinin bu bizneslə məşğul olmalarını təsdiq edən çoxlu faktlar var. Hətta Avropaya miqrant kimi getmək istəyənlərə saxta sənədlər düzəldərək konkret qiymətlər də deyilir".
O əlavə edib ki, Əli Kərimli bu çirkin əməli ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasını ləkələməyə çalışır: "Biz buna yol verməyəcəyik. Bu gün AXCP Razi Nurullayevin sədrliyi ilə yenidən formalaşdırılmağa başladığı gündən çox ciddi, radikal dəyişikliklər həyata keçirib. Ən önəmlisi partiya qaragüruhdan, şər-böhtandan, qaralama kampaniyalarından arınıb. Bu kimi məsələlərdən uzaq duraraq, yalnız xalqın, dövlətin rifahına, mənafeyinə xidmət edəcək işlər görür. Biz AXCP olaraq sivil yolla mübarizənin tərəfdarıyıq. Siyasi əlillərin dövlətin mənafeyinə ziyan vurmağına və Avropada miqrant biznesi ilə məşğul olmalarına yol verməyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB