ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, hazırda növbəti görüşün vaxtı və yeri müəyyən edilməyib. Diplomat xatırladıb ki, Nyu-Yorkda BMT Baş Assambleyası zamanı həmsədrlər Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirib: "Görüşlərdə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar, həmçinin gələcək addımlar müzakirə olunub. Biz bu ayın sonunda regiona planlaşdırılan səfərimizdə tərəflərlə görüşüb, məsələləri müzakirə etməyi nəzərdə tutmuşuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB