Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu "EurActiv" xəbər portalında 29-30 sentyabr tarixlərində keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı "Azerbaijan poses as bastion against Islamophobia in Europe" (Azərbaycan Avropada İslamofobiyaya qarşı istehkam kimi) başlıqlı məqalə dərc edilib. SİA-nın məlumatına görə, məqalədə 71 ölkədən 400 nümayəndənin iştirak etdiyi Forumda dünyaya çox mühüm ismarıcların ünvanlandığı, eyni zamanda narahatlıq doğuran bir çox məsələlərə toxunulduğu qeyd olunub. Bildirilir ki, Avropada artmaqda olan islamofobiya ilə bağlı narahatlıq ilk öncə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dilə gətirilib, onun ardınca çıxış edən bir sıra İslam dünyasından olan nümayəndələr də eyni fikri bölüşüblər.
Yazıda Prezident İlham Əliyevin Forumun açılış mərasimində etdiyi çıxışı zamanı son illərdə Avropada, o cümlədən dünyanın digər yerlərində çox təhlükəli və narahatdici hadisələrin baş verməkdə olduğunu, xüsusilə Avropada antimiqrant meyillərin gücləndiyini vurğuladığı qeyd edilib.
Məqalədə həmçinin, İSESCO-nun baş katib Əbdüləziz bin Osman əl-Tuveycrinin öz çıxışında Prezident İlham Əliyevin xalqlar arasında anlaşmanın inkişafına göstərdiyi səyləri yüksək qiymətləndirdiyi, BMT Təhlükəsizlik Şurasının dünyada təhlükəsizliyin qorunmasına xələl gətirən "bənzəri olmayan təhdidlər"in qarşısının alımasında qeyri-effektiv rolundan bəhs edildiyi vurğulanıb. İSESKO-nun baş katibi əlavə edib ki, TŞ-nın üzərinə düşən vəzifələri nə Fələstin, nə Dağlıq Qarabağ, nə Əfqanıstan, nə də Somalidə yerinə yetirib.
Məqalə ilə bu linkdə tanış olmaq mümkündür (http://www.euractiv.com/section/europe-s-east/news/azerbaijan-voices-concern-over-islamophobia-in-europe/)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB