"ABŞ-ın Qarabağ münaqişəsindəki mövqeyi beynəlxalq hüquqa əsaslanır" Dövlət Departamenti
ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesini dəstəkləyir. SİA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudo brifinq zamanı deyib. O bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəflərlə fəal işləməyi davam etdirir: "Bizim münaqişə ilə bağlı mövqeyimiz Helsinki Yekun Aktının güc tətbiq etməmə, ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır".
E.Trudo əlavə edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin üzərinə düşür və münaqişənin nizamlanması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələri vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB