Koreyanın Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib. SİA-nın məlumatına görə, qəbulda dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak edib. Koreyanın Azərbaycandakı səfiri Kim Çan Qyu ölkəsinin ötən müddət ərzində keçdiyi yola nəzər salıb, Koreyanın tarixən sülhün, dincliyin tərəfdarı olduğunu deyib. O bildirib ki, Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən etibarən münasibətlər bütün sahələrdə genişləndirməkdir. İki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlərin sayı artıb. Səfir bildirib ki, bu il Koreya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Seulda ilk iclası olub. İki ölkə arasında qarşılıqlı səfərlərin sayı artır. Azərbaycan-Koreya iqtisadi əməkdaşlığı dinamik inkişaf edir, Bakıda bə çoxsaylı Koreya şirkəti çalışır. Səfir iki ölkənin mədəniyyət, turizm dahədinfə də əməkdaşlığının inkişaf etdiyini vurğulayıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İtimas Məmmədov Azərbaycan hökuməti bə xalqı adından Koreya dövlətini və xalqını təbrik edib. O deyib ki, iki ölkənin münasibətləri dostluq, qarşılıqlı etimad üzərində qurulub. İ.Məmmədov ölkələr arasında iqtidadi əlaqələri inkişaf etməkdə olduğunu, Koreyanın Azərbaycana investisiya qoyluşunun artdığını vurğulayıb. Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclası bu əməkdaşlığın inkişafına daha da təkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB