"Ermənistanın insan və xalqların haqları haqqında hər hansı bir məsələ qaldırmağa mənəvi haqqı yoxdur"
Bu gün ATƏT Parlament Assambleyasının payız toplantısının ikinci iş günü başlayıb. SİA-nın xəbərinə görə, müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin Dağlığ Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana qarşı yalan və böhtan xarakterli çıxışı cavabsız qalmayıb. Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə çıxışında erməni tərəfinin mövqeyinin tam yalnış olduğunu bildirib.
Milli Məclisin deputatı çıxışında vurğulayıb ki, xalqların öz müqəddəratını təyinetmə prinsipi heç zaman dövlətlərin ərazi bütovlüyü prinsipindən üstün olmayıb: "Bütün beynəlxalq hüquq sənədlərində qeyd olunub ki, dövlətlərin ərazi bütövlüyü heç bir halda pozula bilməz. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bütün qonşu dövlətləri, Türkiyə, Gürcüstan, hətta Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edir. Bu cür siyasət həm regionun inkişafına mane olur, həm də ATƏT-i bu gün düşündürən və narahat edən Avropanın gələcək təhlükəsizlik və əməkdaşlıq strategiyasına ziddir".
Kamran Nəbizadə çıxışında onu da bildirib ki, Ermənistanın törətdiyi Dağlığ Qarabağ münaqişəsi nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün olub, öz ərazisində etnik təmizləmə siyasətini apararaq bu gün monoetnik ölkəyə çevrilib. Məhz bunlara gorə, Ermənistanın insan və xalqların haqları haqqında hər hansı bir məsələ qaldırmağa mənəvi haqqı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB