Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun diplomatik fəaliyyətinin başa çatması münasibətilə rəsmi qəbul təşkil olunub. SİA-nın məlumatına görə, qəbulda Bakıdakı diplomatik missiyaların rəhbərləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Səfir bildirib ki, Azərbaycandan ayrılmaq onun üçün çətin olacaq. O, diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkür edib.
Bakıdakı diplomatik korpusların adından çıxış edən Rusiyanın səfiri Vladimir Doroxin səfirə gələcək fəaliyyətində uğurlar arzu edib və ona xatirə hədiyyəsi təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB