"Aİ-Azərbaycan əməkdaşlığı üzrə Alt komitələr öz fəaliyyətini bərpa edir"

"Aİ-Azərbaycan əməkdaşlığı üzrə Alt komitələr öz fəaliyyətini bərpa edir"

Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq üzrə alt komitələr öz fəaliyyətini bərpa edir. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Malena Mard bildirib.

Onun sözlərinə görə, artıq oktyabr ayının ortalarında Azərbaycanla Aİ arasında alt komitələrin ilk belə tədbiri keçiriləcək: "Həmin görüşdən sonra növbəti məsələlər haqqında danışmaq mümkündür. "Avropa Şəhərciyi" tədbirində Avropa İttifaqına üzv ölkələr geniş tərkibdə iştirak edirlər. Bu, bilavasitə Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı davam etdirmək niyyətində və qərarında olduğunu göstərir. Azərbaycanla güclü tərəfdaşlığımıza davam etməklə yanaşı, onu daha da möhkəmləndirmək istəyirik. Biz əlaqələrimizi istər islahatların aparılması, istər təhsil sahəsində müvafiq mübadilə proqramlarının həyata keçirilməsi, istər gənclər arasında əlaqə və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə