“Aİ Qarabağ məsələsində hərtərəfli sülh istəyir”

“Aİ Qarabağ məsələsində hərtərəfli sülh istəyir”

Avropa İttifaqı Dağlıq Qarabağ məsələsində hərtərəfli sülh razılaşmasının əldə olunmasını istəyir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Malena Mard deyib.

O bildirib ki, bu razılaşmaya insanlar arasında əlaqələr yaratmaq vasitəsi ilə nail olmaq mümkündür.

Səfir eyni zamanda Azərbaycanın AP ilə əlaqələrinin bərpası qərarından da danışıb. Belə ki, Azərbaycan Milli Məclisinin Avronestə qayıtmaqla bağlı məsələni nəzərdən keçirmək haqqında qərarından şad olduğunu bildirən Malena Mard, bu günlərdə Azərbaycanda səfərdə olan Avropa parlamentarilərinin azərbaycanlı həmkarları ilə işləməkdə maraqlı olduqlarını diqqətə çatdırıb: "Avropa İttifaqı Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bu məsələ qanunvericilik müstəvisində də öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə