Bu gündən Rusiya BMT Təhlükəsizlik Şurasında sədrliyə başlayıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, BMT TŞ-nın oktyabrın 3-də baş tutacaq iclasında iş proqramı razılaşdırılacaq. Rusiyanın BMT-dəki nümayəndəliyindən bildiriblər ki, hazırda, 20 iclasın keçirilməsi planlaşdırılır. Əsas mövzular Afrikada münaqişələr, o cümlədən Darfurdakı vəziyyət, Konqo, Mali, Mərkəzi Afrika Respublikası, Cənubi Sudan və Yaxın Şərqdəki-Suriya, Livan, Yəməndəki problemlər olacaq. Yaxın Şərq üzrə açıq müzakirələrin 19 oktyabrda keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB