V Bakı Beynəlxalq Humanitar Forumu iclaslarını davam etdirir SƏS TV
Bu gün V Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində ""Multikulturalizmin Azərbaycan modeli müxtəlif mədəni və dini təcrübələrin çoxəsrlik tolerant mövcudluğunun nəticəsi kimi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, iclasın moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman, Almaniyanın Vürtsburq Universitetinin Orta əsr alman ədəbiyyatı üzrə professoru Ziqlinde Hartmann, Portuqaliyanın Humanitar elmlər və Texnologiya üzrə Lusofona Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru Tereza Do Rozario Do Damasio, Rusiyanın Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri Aleksandr Nesterov olub.
"Müasir dünyada multikulturalizm modelləri" mövzusunda çıxış edən Rusiya Federasiyası Dövlət Dumasının Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Natalya Krasovskaya dehib ki, Dünyada çox problem var və onlardan biri də artan miqrasiya böhranıdır: "Avropa nümayəndələri deyir ki, multikulturalizm süquta uğradı. Bu səhər də onlar eyni ilə bunu söylədilər. Bu gün Rusiyanın özündə də miqrasiya problemi var. Azərbaycan Prezidenti İlham Əliyev isə ötən gün Forumun açılışındakı nitqində qeyd etdiki bütün insanlar bir yerdə yaşayırlar və ölkədə dini dəyərlərə böyük önəm verilir. Mən Azərbaycanda olduğum zaman görürəm ki, xalq öz adət-ənənələrini yaşadırlar və digər xalqların mədəniyyətinə hörmətlə yanaşırlar. Hesab edirəm ki, V Bakı Beynəlxalq Hümanitar Forumunun əhəmiyyətini xüsusi qeyd etməliyik".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman diqqətə çatdırıb ki, Azərbaycanda bütün sahələrdə uğurlar var: "Xüsusilə multikultural dəyərlərə Azərbaycan hökuməti böyük diqqət yetirir. Multikulturalizm bizim yaşam mərkəziyik. Mərkəzimiz böyük tədbirlər keçirir. Məqsəd reallıqlar haqqında danışmaqdır. Mərkəz regionlarda müxtəlif tədbirlər təşkil edir. Eyni zamanda mərkəz virtual dəyirmi masalar keçirir. Mərkəzi Drezdendə, Macarıstan, Ukraynada və s. filiallarını açıb".
Tədbir hazırda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB