"Terrorçu Bako Haramın pis əməlləri kütləvi şəkildə məktəb qızlarının öldürülməsinə gətirib çıxardı. Bu, bir növ dözümsüzlükdür və insanların bir yerdə yaşamasının inkar edilməsidir. Bu, nasizmdən çox da fərqlənmir. Onlar qeyri-bərabərlik, dözümsüzlük nəzəriyyəsini aşılamağa çaılışırlar". SİA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı Nigeriyanın ədəbiyyat üzrə Nobel mükafatçısı Vole Şoyinka deyib.
Onun sözlərinə görə, insanlara bu formada bəyanatlar verirdilər: "Eyni zamanda ən yaradıcı yanaşmalar bunun altında qələmə verilə bilər. Bu, sonda xeyli sayda insanın bölünməsinə, onların şüurlarının zəhərlənməsinə gətirib çıxarır. Əsas məqsəd isə hakimiyyəti ələ almaqdır. Bunun nasizm ideologiyasından heç bir fərqi yoxdur. Artıq onun pis nəticələrini görmək olur. Sonda bunlar zorakılığa əsas yaradır. Həmin o qrupların lidərləri tərəfindən insanlar təsir altına düşür. Din dəyişir və bir növ təhdid olunur. Bütün bunlar təzyiq altında baş verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB