Akif Əlizadə: "Forum taleyüklü məsələlərin həllinə imza atacaq"
V Bakı Forumu çərçivəsində həyata keçirilən plenar iclasın 2 ci sessiyası öz işinə başlayıb SIA-nın xəbərinə görə, sessiya Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin sədrliyi ilə həyata keçirilir. İclasda ilk çıxış edən Akif Əlizadə söyləyib ki, Bakı Forumu əməkdaşlığa böyük töhfə verən forumdur: "Burada görkəmli şəxsiyyətlər bir araya gəlir. Hər il olduğu kimi, bu forum da taleyüklü məsələlərin həllinə imzasını atacaq".
İclasda ilk çıxış edən ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka qaçqın və didərgin gümüş insanların taleyi haqqında danışıb. O bildirib ki, olan hadisələrin kökündən asılı olmayaraq, insanlar getdikcə lap çox didərgin vəziyyətə düşür: "Lakin bunun tsunami kimi üstümüzə gəlməsinə imkan verməməliyik. Buna görə biz həmin insanlara yardım etməliyik. Qaçqın düşənlər yemək, su axtarırlar. Onlar haqqında düşünmək lazımdır. Biz burada meterialist dəyər haqqında deyil, mövcudluğumuzu düşünməliyik. Dünyada elə vəziyyət yaranıb ki, artıq böyük şəhərlər yer üzündən silinmə təhlükəsi ilə qarşılaşır. Bunda təbiəti ,dünyanı günahlandırmamalıyıq. Təbii ki, bütün bunlar insanların zəifliyi ucbatından baş verir".
Nobel mükafatı laureatı söyləyib ki, hazırda bəşəriyyət azadlıq məfhumu ilə irəli gedir: "Azadlığa nail olmaq üçün bəşəriyyət böyük səy göstərir. Bu, bizi digər canlılardan fərqləndirir. Biz bir çox sifətli insanları görürük, insan həyatı onlar üçün mənfəətə çevrilib. Biz onlara ayrı seçkiliyi öyrətmişik. Qitəmizin insanları getdikcə daha çox suallar verməyə başlayıblar. Biz forum çərçivəsində vətəndaş-qul, geyimli-geyimsiz insanlar, diktator və məcbur etmə arasında hansı fərqlər var suallarını müzakirə etməliyik. Bəşəriyyət naminə müəyyən məhfumları kənara qoymalıyıq. Biz qeyri- rasional qüvvələri aradan qaldırmalıyıq. Bu, qlobal çağırışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB