"Humanitar Forum YUNESKO-nun məqsədlərinə xidmət edir"

"Humanitar Forum YUNESKO-nun məqsədlərinə xidmət edir"
"Afrika qitəsində yaşanan humanitar böhranlar səngiməyib. Əfsuslar olsun ki, digər qitələrdə baş verən müharibələr, böhranlar Afrikada böhranlara təsir edir, onları dərinləşdirir" SIA-nın xəbərinə görə, bunu Afrika İttifaqının Siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi Bakı Forumu çərçivəsində keçirilən panellərin birində çıxışı zamanı deyib. O bildirib ki, cənubi Sudanda durum humanitar böhrandan da dərindir: " Artıq 6 min insan Cənubi Sudanı tərk edib, başqa ölkələrə yollanıb. Somalidə də vəziyyət dəyişmir, siyasi təsisatlar zəifdir. Etnik azlıqlar və klanlar arasında toqquşmalar davam edir. Bu mühitdən terror qrupları istifadə edir. Beynəlxalq ictimaiyyətin dəstəyi ilə gərginliyin səngiməsinə nail olacağımıza inanırıq. Afrikanın cənubunda da müharibə səngimir. Afrikada uşaqların 70 faizi xəstəlik təhlükəsi qarşısındadır. Buna görə də Afrika İttifaqı uşaqların xəstəliyinin səbəblərinin araşdırrılması, qarşısının alınmasına yarlım məqsədi ilə BMT-yə müraciət etmişik". Afrika İttifaqının Siyasi məsələlər üzrə komissarı təhsil və innovasiyaların inkişafının zəruri olduğunu vurğulayıb: "Bizim məcburi köçkünlər problemi var. Biz dövlətlərə müraciət etmişik ki, məcburi köçkünlər fondu yaratsınlar. Düzdür, Afrika İttifaqı məcburi köçkünlərlə bağlı layihələr həyata keçirir. Ancaq bu, yetərli deyil. Afrika İttifaqı məcburi köçkünlərlə bağlı inkişaf fondunun yaradılması üzərində işləyir. Bu fond 2020-ci ildə fəaliyyətə başlayacaq. ". Panelin davamında çıxış edın İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif Azərbaycana Forumun təşkili ilə bağlı təşəkkürünü çatdırıb: "Bu Forumda müxtəlif xalqların, dinlərin təmsilçiləri iştirak edirlər. Son 2 ildə bütün humanitar təşkilatlar böhran məkanlarının genişləndiyini qey edirlər. Yeri gəlmişkən, Türkiyəyə təşəkkür edirik ki, böyük sayda qaçqınlara sərhədlərini açıb, onlara yer verib, qayğılarına qalıb". İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Hələbdə durumun faciəli olduğunu, Yəmən əhalisinin 80 faizinin təcili humanitar yardıma ehtiyacı olduğunu söyləyib: "Siyasi həll yolları tapılmayana qədər bu böhranlar aradan qalxmayacaq. O cümlədən Fələstin problemi ədalətli həll olunmadan Yaxın Şərqdə problemlər aradan qalxmayacaq. Biz humanitar yardımların ən azı 2030-cu ilə qədər təşkili forması üzərində işləməliyik". YUNESKO İcra Şurasının sədri Maykl Vorbs İçərişəhərin YUNESKO-nun "Mədəni irs" siyahısında olduğunu xatırladıb: "Azərbaycan mədəniyyətlər qovşağında yerləşib. Bakıda keçirilən Beynəlxalq Humanitar Forum YUNESKO-nun məqsədlərinə xidmət edir. Ona görə də Foruma daha çox iştirakçının qatılmasını tərəfdarıyıq. Gələn il YUNESKO daxilində üzv dövlətlərlə birgə davamlı inkişafla bağlı prioritetləri müəyyən edəcəyik". YUNESKO İcra Şurasının sədri qərəzsiz jurnalistikanın inkişafının vacib olduğunu dilə gətirib: "Biz vətəndaş cəmiyyəti ilə birgə çalışmalı, tərəfdaşlar müəyyən etməliyik. Bu Forumda biz ümumi təşəbbüslərin müəllifinə çevrilə, qarşımıza qoyduğumuz məqsədlərə nail ola, 2030-a qədər davamlı inkişafı təmin edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə