"Bakı Beynəlxalq Humanitar Forumu bütün dünyadan insanları bir araya gətirən bir forumdur. Azərbaycanda çox tolerant bir cəmiyyətin olduğunu bilirik". SİA-nın məlumatına görə, bunu 5-ci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən müzakirələrdə ABŞ-dakı Simon Vizental Mərkəzi rəhbərinin müavini Abraham Kuper deyib.
O bildirib ki, Azərbaycan tolerant, multikultural dəyərlərə hər zaman üstünlük verib: "Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu dəyərləri, prezident İlham Əliyev bu gün də davam etdirir".
Forumda mühüm məsələlərin müzakirə olunduğunu deyən Kuper hazırda dünyanın probleminə çevrilən terrorçuluqla mübarizənin mümkünlüyünü deyib: "Biz bu istiqamətdə və birgə fəaliyyət göstərməli, gənclərlə işləməliyik. Müxtəlif dinlər bir yerdə dinc şəkildə yaşaya bilər. Belə təcrübələr artıq mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB