Şeyxülislam: "Bəzi cərəyanlar niyyətlərini həyata keçirmək üçün İslam dinindən istifadə edirlər"
"Azərbaycanda da dinc əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirilib. Ölkəmiz davamlı terror, qaçqın problemi ilə üzləşib. Məscid, kilsə və sinaqoqlar məhv edilib. Amma bütün bunlara baxmayaraq, Azərbaycan yenə də sülhün tərəfdarı olduğunu və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu bildirir. Çünki biz sülhün tərəfdarıyıq. Sülh insan həyatı üçün mühümdür". SİA-nın məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
O bildirib ki, son zamanlar dünyada baş verən hadisələr dini ekstremizmin tüğyan etməsinə təkan verib: "Bəzi cərəyanlar niyyətlərini həyata keçirmək üçün üçün İslam dininin adından sui-istifadə edir. Bu isə bizdə ciddi narahatlıq yaradır. İnsan qırğınının, maddi və mənəvi irsin məhvinin səngimədiyi bir vaxtda Avropada islamafobiya, ksenofobiya, miqrant axınına qarşı sərt tədbirlər həyata keçirilir. Bunu mədəniyyətlər və dinlərarası dialoqa vurulan ciddi zərbə kimi qiymətləndiririk. Bu sahədə dövlət başçıları, ictimai, dini qurumların rəhbərlərinin əməkdaşlığı vacibdir".
Şeyxülislam qeyd edib ki, milli və dini zəmində baş verən münaqişələrin həllində Azərbaycanın uğurlu modelindən bəhrələnmək məqsədəuyğun olardı: "Dini lider olaraq Bakı Forumun işinə xeyr duamı yetirir, hər kəsə uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB