Prezident: "Ölkəmiz bütün dövrlərdə sülh əməkdaşlıq məkanı olub"
"Bu gün V Humanitar Forum öz işinə başlayır. Forumda iştirak edən hər kəsi salamlayıram. Azərbaycana xoş gəlmisiniz". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev bu gün keçirilən V Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan hər zaman humanitar əməkdaşlığa xüsusi yer verir. Prezidentin sözlərinə görə, bu əməkdaşlıq ölkələr arasında münasibətlərin inkişafı üçün mühüm rol oynayır: "Bu illər ərzində ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirilib. Bura humanitar forum, dünya liderlərinin zirvə görüşü, BMT-nin Sivilizasiyalar dialoqu və digər mühüm tədbirlər daxildir. Bu forumlarda mühüm məsələlər müzakirə edilib. Bundan başqa ölkəmizdə idman tədbirləri keçirilir. Bu il ölkəmizdə ilk dəfə olaraq, Formula 1 yarışları baş tutub. Ötən il isə ilk dəfə olaraq Bakı 2015 I Avropa Oyunları keçirilib, gələn il isə İslam oyunları keçiriləcək. Bugünkü Azərbaycan bu yolla gedir. Bu cür tədbirlərin ölkəmizdə keçirilməsinin çox mühüm əhəmiyyəti var. Bu, ölkəmizdəki tolerantlığın nümayişi, eləcə də dünyaya bir siqnaldır".
Dövlət başçısı qeyd edib ki, dünyanın mütərəqqi nümayəndələri daha da sıx olmalıdır: "Bu gün dünyada dini, irqi zəmində qan tökülür bir sıra hadisələr baş verir. Humanitar əməkdaşlıq bu cür məsələlərin qarşısını ala bilər. Bu gün ən ağrılı problem Ermənistan Azərbaycan, Dağlıq Qarabağ problemidir. Bununla bağlı beynəlxalq təşkilatların qətnamələri var. Biz çalışırıq ki, bundan sonra da humanitar sahədə dialoqun inkişaf etdirilməsinə öz töfəmizi verək. Bizim tariximiz multikultiralizmin əsasları üzərində qurulub. Bu, hər zaman Azərbaycanda olub. Ölkəmiz bütün dövrlərdə sülh əməkdaşlıq məkanı olub. Biz multikulturalizmin inkişafına öz töhfəmizi veririk. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bu meylləri daha da gücləndirir. Ölkəmizdə heç zaman dini, irqi zəmində qarşıdurma olmayıb. Bu, bizim zənginliyimizdir. Ölkəmizdə məscidlər, kilsələr, sineqoqlar tikilir, təmir edilir. Biz bütün bayramları birgə qeyd edirik. Biz tariximiz, mədəniyyətimizlə fəxr edirik. Azərbaycanda ən qədim məscid yerləşir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB