V Bakı Beynəlxalq Humanitar Forumu başladı

Prezident İlham Əliyev Forumda iştirak edir
V Bakı Beynəlxalq Humanitar Forumu başladı

Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb. SIA-nın məlumatına görə, iki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. Forumun rəsmi açılış mərasimində prezident İlham Əliyev çıxış edəcək, Rusiya prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin Forum iştirakçılarına müraciəti oxunacaq.

Açılış mərasimində Rusiya Hökuməti sədrinin müavini Olqa Qolodets, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, YUNESKO baş direktorunun müavini Qetaçyu Enqida çıxış edəcəklər. Bu gün Forumun plenar iclası keçiriləcək. Plenar iclasda siyasi və dini liderlər, Nobel mükafatı laureatları, Dəyirmi masa rəhbərləri çıxış edəcəklər. Sentyabrın 30-da Forum çərçivəsində "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru"; "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi", "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər", "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" mövzularında Dəyirmi Masadar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə