Şimon Peres göz qişalarını xəstələrə bağışlayıb Dağda dəfn olunacaq
İsrailin sabiq prezidenti Şimon Peresin dəfn mərasimi sentyabrın 30-da baş tutacaq. SİA xəbər verir ki, bu barədə İsrail radiosu məlumat yayb. Böyük ehtimalla İsrailin eks siyasi lideri Yerusəlim (Qüds) yaxınlığındakı Herslya dağında dəfn ediləcək. Bu gün isə Pereslə rəsmi vida mərasimi keçiriləcək.
Bu gün isə İsrailin baş naziri Binyamin Netanyahu hökumətlə iclas keçirəcək. Məqsəd dəfn mərasimi üçün xüsusi simvolların və müvafiq detalların hazırlanmasıdır.
"The Associated Press" isə İsrail XİN-nə istinadən yazır ki, dünyanın bir çox siyasi liderləri Şimon Peresin dəfn mərasimində iştirak edəcəklər. Belə ki, nazirliyin rəsmisi Emmanuel Naxşon açıqlamasında deyib ki, Pereslə vidalaşmaq üçün ABŞ prezidenti Barak Obama, Bill və Hillari Klintonlar, Roma papası Fransisk, şahzadə Çarzl, anadanın baş naziri Castin Trüdo və başqaları İsraliə səfər edəcəklər.
Qeyd edək ki, Peres həyatının 93-cü ilində vəfat edib. Beyninə qan sızdıqdan sonra o medikamentoz komasına düşüb və ciyərlərə süni hava verən xüsusi aparata qoşulub. Ötən bir neçə gündə isə onun vəziyyəti kritik şəkildə pisləşib və nəticədə həkimlər onun həyatının xilas olmasını mümkünsüz hesab ediblər.
Peres demək olar ki, İsrailin bütün dövlət postlarında fəaliyyət göstərib. O, iki müddət baş nazir, bir neçə dəfə İsrailin müdafiə naziri, maliyyə naziri, rabitə naziri, XİN və DİN rəhbəri kimi çalışıb. 2007-2014-cü illərdə isə Peres ölkə prezidneti vəzifəsini daşıyıb.
Şimon Peres 1994-cü ildə Nobel sülh mükafatına layiq görülüb. Mükafat onun Osloda sülh danışıqlarında oynadığı roluna görə verilib. Belə ki, danışıqlar əsnasında Peres Fələstinə vətəndaş hakimiyyətinin ötürülməsində əsas rol oynamışdı.
İsrail mətbuatı həmçinin qeyd edir ki, Peresin vəsiyyətinə görə, onun göz qişaları buna ehtiyacı olan pasientlərə transplantasiya olunacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB