Ermənistan Bakı iclasına qatılmayıb

Ermənistan Bakı iclasına qatılmayıb

Ermənistan MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasında iştirak etmir. SİA-nın məlumatına görə, bu barədə "aysor.am" Ermənistan Milli Təhlükəsizlik xidmətinə istinadən xəbər verir.

"Ermənistan Bakının ev sahibliyi etdiyi iclasa qatılmayıb", deyə xidmətin rəsmisi Samson Qakstyan bildirib.

Qeyd edək ki, Şuranın iclası bu gün Bakıda öz işinə başlayıb. İclasda terror, radikal dini ideologiyaya qarşı birgə tədbirləri üzrə məsləhətləşmələrin aparılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə