Avropa İttifaqı Regional Komitəsinin 4 üzvündən - Pauliina Haijanen (Finlandiya), Müürsepp Kurmet (Estoniya), Sukles Urmas (Estoniya), Dainis Turlaisdən (Latviya) ibarət müşahidə qrupu Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumunu müşahidə etmək üçün Azərbaycana səfər edib və səsvermə günü səsvermə prosesini izləyib. SİA-nın verdiyi məlumata görə, qrup referendumda apardıqları müşahidələrin nəticəsi ilə bağlı bəyanat yayıblar.
Bəyanatda deyilir ki, müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusion dəyişikliklərin məzmununu və legitimliyini araşdırıb, ümumxalq səsverməsi günü, 26 sentyabrda 10 dairənin 2 məntəqəsində səsvermə prosesini izləyib.
Müşahidə qrupu araşdırmalar və müşahidələr əsasında aşağıdakı nəticələrə gəlib:
– Referendumun keçirilməsi suveren Azərbaycan dövlətinin səlahiyyətinə aiddir və bu barədə qərar milli qanunvericiliyə uyğun qəbul edilib.
– Referenduma çıxarılan dəyişikliklər əsasən ölkədə idarəetmə sisteminin gücləndirilməsinə və insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə xidmət edir.
– Müşahidə qrupunun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermənin gedişatını müşahidə etmələrinin şahidi oldular.
– Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi.
– Məntəqələrdə seçici aktivliyi yüksək idi, səsvermə prosesi dinc şəraitdə həyata keçdi.
– Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarının və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Seçicilər müstəqil və kənar müdaxilə olmadan səsvermədə iştirak edərək öz iradəsini ifadə etdilər.
– Səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılmasını izlədilər və digər müşahidəçilərə bülletenlərin sayılması prosesini də izləməyə maneçilik törədilmədiyinin şahidi oldular.
Beləliklə, müşahidə qrupu belə bir nəticəyə gəlib ki, Konstitusiyaya dəyişikliklərə dair 26 sentyabr 2016-cı il referendumu legitimdir və onun nəticələri Azərbaycan xalqının iradəsinin müstəqil və azad şəkildə ifadəsini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB