"Biz Azərbaycan xalqını sakit şəraitdə keçirilən referendum münasibətilə təbrik edirik". SİA-nın məlumatına görə, bunu AŞPA-nın referendumu dəyərləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski mətbuat konfransında deyib.
O bildirib ki, seçkilərlə bağlı ilkin rəy bütün missiya üzvləri tərəfindən razılaşdırılıb. Onun sözlərinə görə, rerendum milli qanunvericiliyə uyğun hazırlanıb. O, səsvermənin şəffaf və səmərəli olduğunu, səslərin sayılmasında ciddi problem olmadığını deyib: "Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Konstitusiyaya dəyişiklik xalqın iradəsin əks etdirir və bu sabit, təhlükəsiz ölkənin gələcəyinə yönəlib. Daha səmərəli, düzgün idarəçilik sistemi üçün atılan addımlardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB