“Düzəlişləri Prezident İlham Əliyev təşəbbüs kimi irəli sürmüşdü” VESTİ-VİDEO
"Vətəndaşların əksər çoxluğu Azərbaycanda Konstitusiya dəyişikliklərini dəstəkləyib". SİA xəbər verir ki, bu barədə Rusiyanın Rossiya telekanalının "Vesti" xəbərlər blokunda vurğulanıb. "Bu, keçirilmiş "exit-poll"arın nəticələridir. Düzəlişləri Prezident İlham Əliyev təşəbbüs kimi irəli sürmüşdü. Onlar 15 maddəyə aiddir"-deyə qeyd edən "Vesti" həmçinin bildirir ki, bundan əlavə, ölkə başçısının səlahiyyətləri genişlənəcək və fəaliyyət müddəti 5 ildən 7 ilə qədər artırılacaq: "Əgər növbədənkənar istefa baş verərsə, ölkəyə baş nazir deyil, vitse-prezident rəhbərlik edəcək".
Telekanalın hazırladığı videosüjetə bu linkdən baxa bilərsiniz:
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB