121 saylı Laçın seçki dairəsi seçici fəallı ilə seçilib FOTOLAR
Bu gün səhər saat 08:00-dan başlayaraq 121 saylı Laçın dairəsi üzrə 102 seçki məntəqəsi təşkil olunub, 45956 nəfər seçici siyahılara daxil edilib. Bu məlumatı SİA-ya 121 sayli Laçın Seçki Dairesindən verilib. Verilən məlumata görə, məntəqələr məcburi köçkünçülüklə əlaqədar respublikanın 58 rayonu ərazisində yerləşir. Artıq səhər saat 8:00 radələrindən etibarən seçicilər böyük əhval-rihiyyə ilə məntəqələrə axışır, sərbəst şəkildə referenduma çıxarılan əlavə və dəyişikliklərə öz münasibətlərini bildirirlər.
121 saylı Seçki Dairəsindən 41 saylı, 83 saylı, 87 saylı məntəqələrində seçicilərin aktivliyi müşahidə olunub. 121 saylı Seçki Dairəsinin 41 saylı məntəqənin sədri Tahir Mirzəyev, 83 saylı məntəqənin sədri Azər Qasımov və 87 saylı məntəqə sədri Bayram Həsənov SİA-ya bildiriblər ki, seçki məntəqələrində seçici fəallığı müşahidə olunur. Seçicilər xoş əhval ruhiyyədə məntəqələrə axışırlar.
121 saylı Laçın dairəsinin 41 saylı, 81 saylı, 87 saylı seçki məntəqəsində aktivlik müşahidə olunur. İnsanlar rahat şəkildə referendumda iştirak edirdi. Müşahidəçilər referendumun normal keçirildiyini və heç bir problem yaşanmadığını bildiriblər. 121 saylı Laçın dairəsinin bütün seçki məntəqəsində günün ikinci yarısı insanlar davamlı şəkildə növbəliklə məntəqəyə gələrək öz hüquqlarından istifadə edirlər. Məntəqlər işini normal şəkildə davam etdirir. Ağbirçək analar və ağsaqqallar, gənclər, qadınlar seçki məntəqələrinə gəlib ölkəmizin gələcəyi üçün səs verdiklərini söyləyiblər. Saat 17:00 seçici aktivliyi 31208 nəfər 67.9 faiz olub. Müşahidəçilərin sözlərinə görə bu saatlara kimi heç bir qanun pozuntusu aşkar edilməyib.
Səsvermədə fəallıqla iştirak edən seçicilər heç bir təzyiqin olmadığını, müstəqil olaraq öz seçici hüquqlarından istifadə etdiklərini bildiriblər.
Rəfiqə Hüseynova
.jpg)
.jpg)
.jpg)
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB