MSK saat 19:00-a olan məlumatları açıqlayıb Səsvermənin son nəticələri

MSK saat 19:00-a olan məlumatları açıqlayıb Səsvermənin son nəticələri
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi ümumxalq səsverməsinin (referendumun) saat 19:00-a olan yekun nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19:00-dək seçicilərin 3671707 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 19:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 69,7 faiz təşkil edib: "Respublika üzrə 125 seçki dairəsi mövcuddur və 5627 seçki məntəqəsi var. Seçicilərin sayı 5267111-dir".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня