Təbrizdə səsvermə keçirilir

Konstitusiyaya əlavə dəyişiklikləri nəzərdə tutan referendumla əlaqədar ölkəmizin İranın Təbriz şəhərindəki Baş konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi seçki komissiyasının 41 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir. Konsulluqdan SİA-ya verilən məlumata görə, hazırda seçki prosesi davam edir.

Referendumda Təbrizdə fəaliyyət göstərən diplomatlarımız, onların ailə üzvləri, bu şəhərdə müvəqqəti yaşayan və ezamiyyətdə olan Azərbaycan vətəndaşları iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə