11 saylı Qaradağ seçki dairəsi seçici fəallığı ilə seçilir

11 saylı Qaradağ seçki dairəsi seçici fəallığı ilə seçilir

11 saylı Qaradağ seçki dairəsində səs verənlər fəallıq nümayiş etdirirlər. SİA-nın məntəqələrdə olan müxbirinin verdiyi məlumata görə, 14 saylı seçki məntəqəsinin sədri Məlikov Zakir bildirib ki, səhər saatlarından başlayan Referendum səsverənlərin aktivliyi ilə davam edir: "Məntəqənin seçici siyahısında 1472 nəfər var. Artıq 450 nəfərə yaxın seçici öz seçimini edib. Səsvermə yüksək səviyyədə davam edir".

Həmin dairə üzrə 37 saylı seçki məntəqəsində də aktivlik müşahidə olunurdu. Məntəqədə gedən səsvermə prosesi haqqında saytımıza açıqlama verən məntəqə sədri Malik Qasımov vurğulayıb ki, səsvermə başlayandan indiyədək nəticələr qane edicidir. Hər kəs sərbəst şəkildə Referendumda iştirak edir. Məntəqəmizdə 500 nəfər səsvermədə iştirak edib".

15 saylı məntəqənin sədri Hüseyn İsrafilzadə qeyd edib ki, səsvermə tam şəffaflıqla davam edir: "Bu saata olan nəticələr seçicilərin ümumxalq səsverməsində fəal iştirak etdiyini göstərir. Artıq bizim məntəqədə 600 nəfər öz seçimini edib. Bu, bir neçə saat ərzində yüksək nəticədir".

Bütün xəbərlər Facebook səhifəmizdə