"Məntəqədə seçicilərin azad və demokratik şəraitdə öz irədələrini ifadə etmək üçün hər cür imkanlar yaradılıb. Bunun nəticəsidir ki, istər referendumu müşahidə edən müxtəlif partiyaların nümayəndələri, eləcə də seçicilər tərəfindən adi iradlar belə bildirilməyib". Bunu SİA-ya açıqlamasında Nəsimi 22 saylı dairə seçki komissiyasının 24 saylı məntəqəsinin sədri Kəmalə Qədirova bildirib.
Məntəqə sədri məlumat verərək qeyd edib ki, ümumilikdə ərazi üzrə 1378 seçici qeydiyyatdan keçib ki, saat 10.45-ə olan məlumata görə, həmin seçicilərdən 375 nəfəri öz səsvermə hüquqlarından istifadə ediblər: "Yüksək seçici fəallığı mövcuddur ki, bu da heç də təəccüb doğurmur. Çünki insanlar Azərbaycan hakimiyyətinin, dövlətinin onların maraq və mənafeyinə uyğun addımlar atdığını, qərarlar verdiyini yaxşı başa düşürlər. Ona görə də kütləvi şəkildə məntəqələrə gələrək həyata keçirilən bu siyasətə öz dəstəklərini növbəti dəfə göstərirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB