Komissiya sədri: "Səsvermə zamanı heç bir problem yaranmayacaq"
"Hesab edirəm ki, sabah səsvermə zamanı heç bir problem yaranmayacaq". SİA-nın məlumatına görə, bunu bugün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib
Onun sözlərinə görə, məntəqələrin hamısı müşahidəçilər və KİV nümayəndələri üçün açıqdır. Akreditasiyadan kimsə keçibsə, o da rahat şəkildə müşahidə apara biləcək: "Seçkini izləmək üçün 16 ölkənin mətbuat nümayəndəsi ölkəmizə gələcək. Bundan başqa, 53 min 531 yerli müşahidəçi akreditasiyadan keçib. Onlardan 1097 nəfəri MSK-da qeydiyyatdan keçib. Həmin şəxslər həm paytaxtda, həm də bölgələrdəki seçki prosesini müşahidə edə bilərlər. Yerdə qalan 52 min 434 nəfər isə dairə seçki komissiyalarına müraciət edib. Eyni zamanda 34 min nəfərə yaxın şəxs öz təşəbbüsü ilə müraciət edib. 2 min 700 şəxs siyasi partiyalar tərəfindən təqdim olunub. QHT-lər 1046 nəfər təqdim edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB