“Joxovurd”: “Sarkisyan işdən qovduğu adamı yenidən işə götürür” TƏƏCCÜB
"Məlumdur ki, dördgünlük aprel müharibəsindən sonra Serj Sarkisyanın 26 apreldə imzaladığı əmrinə əsasən, Ermənistanın müdafiə nazirliyindən bir neçə yüksək rütbəli şəxslər, o cümlədən, müdafiə nazirinin müavini, texniki-material təchizatı departamentinin rəisi Alik Mirzəbekyan istefaya göndərilmişdi". Bu barədə "Joxovurd" erməni nəşri yazır.
Nəşrin bildirdiyinə görə, onlara Mirzəbekyanla bağlı yeni məlumatlar daxil olub və həmin məlumatlardan biri də onun yenidən müdafiə nazirliyində yüksək vəzifələrdən birinə təyin olunması barədə yayılan xəbərlərdir. "Nəyə görəsə silahların və s. təchizatların alınması zamanı onların qiymətlərini bazar qiymətindən artıq göstərmiş Mirzəbekyana yenidən yüksək vəzifə veriləcək. Görünür, ötən müddətdə o, Serj Sarkisyanın qılığına girməyi bacarıb və indi də hər hansı yüksək vəzifəyə təyin olunacağı günü gözləyir".
Erməni nəşri məsələ ilə bağlı müdafiə nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlayaraq, sözügedən məsələnin nə dərəcədə həqiqətə uyğun olub-olmamasını dəqiqləşdirməyə çalışsalar da onlara bu barədə nə təkzib nə də təsdiq verilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB