Qadın seçicilər konstitusiya islahatlarına "HƏ" deyir FOTOLAR

Qadın seçicilər konstitusiya islahatlarına "HƏ" deyir FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Lerik rayon şöbəsi rayonun Heydər Əliyev Mərkəzində qadın seçicilərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun Lerik rayon şöbəsinin sədri Elxan Qənbərov, sədr müavini Elman Rəcəbov, rayon təşkilatının Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova iştirak ediblər.

Tədbiri giriş nitqi ilə "Yeni Azərbaycan" təşviqat qrupunun Lerik rayon şöbəsinin sədri Elxan Qənbərov açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılmış və ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib: "Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli Konstitusiyanın qəbulu ön plana çəkilib, 1995-ci il mayın 2-də onun sədrliyi ilə dövlət xadimləri və hüquqşünaslar, müxtəlif ictimai-siyasi təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimlərindən ibarət Konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. Komissiya tərəfindən hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilmiş və 27 noyabr 1995-ci ildə qüvvəyə minib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanunumuzun qəbul edilməsi demokratik, hüquqi, dünyəvi dövlət qurulması sahəsində yeni bir mərhələ açdı, dövlət quruçuluğunda, ictimai-siyasi və mədəni həyatda dinamik proseslərə güclü təkan verib. Dünyada ən demokratik konstitusiyalardan biri olan bu sənəd hakimiyyətin 3 qola bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verdi, insan hüquq və azadlıqlarının prioritetləri prinsiplərini müəyyən edib. 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası təşkil olundu, yeni qanunvericilik bazasının yaradılması prosesi başlanılıb. Genişmiqyaslı islahatlar beynəlxalq arenada Azərbaycanın nüfuzunun artmasına, Avropa ailəsinə inteqrasiya edilməsi prosesinə öz təsirini göstərdi, Azərbaycan 2001-ci ildə AŞ-nın üzvü olub. 2002-ci il avqustun 24-də 2009-cu il martın 18-də referendum yolu ilə Konstitusiyada edilən dəyişikliklər Konstitusiyanın bir sıra normalarının təkmilləşdirilməsinə və başlıca olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsinə xidmət edir".

Geniş məruzə ilə rayon təşkilatının Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova çıxış edərək bildirib ki, ötən müddət ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən dəyişikliklər, cəmiyyətin ümumi inkişaf səviyyəsinə və təkamül prosesinə uyğun olaraq dövlətin idarəetmə sisteminin əsasını təşkil edən qanunvericilik aktlarına, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə zərurət yaratdı. Bu zərurəti və Azərbaycan cəmiyyətinin istəyini nəzərə alaraq "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" 26 iyul 2016-cı il tarixli qərar qəbul edib. Referendum Aktı layihəsində Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsinə təklif olunan əlavə və dəyişiklik və 6 maddənin əlavə edilməsi Azərbaycan dövlətinin siyasi əsaslarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının və vəzifələrinin dəqiqləşdirilməsinə, ali qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər öz məzmununa və mahiyyətinə görə aşağıdakı əsas məqsədlərin əldə edilməsinə yönəlib: dövlətin əsaslarının möhkəmləndirilməsi; vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi; ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi və məsuliyyətinin artırılması;Göründüyü kimi, referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir. Buraya xüsusi mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təmin edilməsinə, icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli həyata keçirilməsinin təmin edilməsinə qədər geniş spektr müddəalar daxildir. Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə – referenduma çıxarılır. Azərbaycan Konstitusiyasının 152-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Bu maddədə istifadə olunan "Konstitusiyanın mətnində dəyişikliklər" məhz əlavələr və dəyişikliklər vasitəsilə mümkündür. Bu səbəbdən Referendum Aktı məhz "Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" adlandırılıb. Konstitusiyanın 153-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Bildiyimiz kimi, təklif olunan əlavə və dəyişikliklərə dair əvvəlcədən Konstitusiya Məhkəməsinin müsbət rəyi alınıb. Beləliklə, konstitusion prosedurların tələblərinə tam riayət edilmişdir. Referenduma çıxarılan əlavə və dəyişikliklərin qanuni qüvvəyə minməsi üçün onlara xalqın səs verməsi lazımdır. Bu da son nəticədə ümumi inkişafımıza, qanunlarımızın daha mükəmməl olmasına, insan haqlarının ardıcıl və mükəmməl müdafiəsinə yeni imkanlar açacaq. Bu Azərbaycan dövlətinin məramı, ali məqsədidir. İnanırıq ki, müdrik Azərbaycan xalqı xüsusən də Azərbaycan qadınları sentyabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə" Referendum Aktı layihəsinə müsbət rəyini bildirəcəklər".

Tədbirdə çıxış edən Gültəkin Şıxəliyeva, Sadiqə Rufullayeva və digərləri dəyişiliklərin vacibliyini qeyd edərək, seçki günü hamılıqla səsvermədə iştirak edəcək və ümumi inkişafa səbəb olacaq dəyişiliklərə səs verəcəklərini bildiriblər.

Kəlbəcər rayonu

Referendum üzrə "Yeni Azərbaycan" Kəlbəcər təşviqat qrupu Gəncə şəhəri Yeni qəsəbədə 11 nömrəli məktəbin akt zalında qadın seçicilərlə görüş keçirib. 180 nəfər seçicinin iştirak etdiyi görüşü "Yeni Azərbaycan" rayon təşviqat qrupunun rəhbəri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Akif Əsgərov açaraq Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər və əlavələr haqqında seçici qadınlara geniş məlumat verib.

Akif Əsgərov çıxışında bildirib ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar həmrəyliyi mövcuddur: "Azərbaycan cəmiyyəti, o cümlədən Azərbaycan qadınları digər təbəqədən olan insanlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti bir mənalı olaraq dəstəkləyirlər. Bizim kəlbəcərli xanımlarımız da hər zaman bu fəallıqlarına görə seçiliblər. İnanırıq ki, Azərbaycan qadınları o cümlədən Kəlbəcər qadınları referendum seçkilərində fəal iştirak edəcəklər. Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum ölkədə dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların məntiqi davamıdır. Referendum nəticəsində insan haqlarının daha güclü qorunması Konstitusiyada təsbit olunacaq, eyni zamanda demokratiyanın dərinləşməsi üçün münbit şərait yaranacaq..Ən mühüm məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycan dövlətçiliyi və ölkə vətəndaşının müdafiəsi möhkəmlənir, həm də demokratik proseslər üçün daha münbit şərait yaradılır".

Sonra Təşviqat qrupunun üzvüləri Mehparə Kazımova, Şəlalə Mamedova və digərləri çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin xalqımız və dövlətçiliyimiz üçün faydalı olacağından bəhs ediblər, seçici qadınları 26 sentyabrda seçgi məntəqələrinə gələrək öz münasibətlərini bildirməyə çağırıblar.

Binəqədi rayonu

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Görüşdə rayon təşkilatının fəal gənclərinin bu ilin 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırladıqları videorolik nümayiş etdirilib.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon Təşkilatının və "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov 26 sentyabrda keçiriləcək referendumla bağlı gənclərə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Konstitusiyasına uyğun olaraq Konstitusiyaya əlavə dəyişikliklərin edilməsi və sərhədlərin dəyişdirilməsi məsələləri ümumxalq səsverməsinə çıxarılaraq xalqın səsverməsi ilə qəbul edilir: "Buddəfəki Konstitusiya islahatları da sosial sifariş olaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının və təhlükəsizliyinin daha təminatlı qorunması məqsədini daşıyır. Belə ki, Konstitusiya islahatlarının əhatə etdiyi 29 maddənin 15-i, yəni 60 faizi insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına və insanlara daha layiqli həyat səviyyəsinin yaradılmasına hesablanıb".

Ramiz Göyüşov, həmçinin ölkəmizdə və Binəqədi rayonunda həyata keçirilən uğurlu işlərdən danışaraq bütün gəncləri ümumxalq səsverməsinə getməyə və prezident cənab İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən referendum aktı layihəsinə səs verməyə çağırıb.

Görüşdə geniş nitq söyləyən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb.O, Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən və ölkəmizin iqtisadi inkişafına misilsiz töhfə verən iqtisadi layihələrdən bəhs edib. S. orucov gənclərə Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olduğunu və ən böyük layihələrin təşəbbüskarı, birbaşa iştirakçısı kimi çıxış etdiyini nəzərə çatdırıb.

Konstitusiya aktı layihəsində gənclərlə bağlı nəzərdə tutulan maddələr haqqında ətraflı məlumat verən YAP GB sədri yaş məhdudiyətinin aradan qaldırılmasının gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib. O, bütün gəncləri referendumda iştirak etməyə və səs verməyə çağırıb.

Görüşdə çıxış edən millət vəkili Kamaləddin Qafarov Konstitusiya islahatlarının demokratik dövlətlərə və cəmiyyətlərə xas olduğunu və xalqın istək, arzusundan yarandığını söyləyib: "Dünyada baş verən böyük xaoslar, müharibələr fonunda Azərbaycan dövlətinin inkişafının və xalqın həyat səviyyəsinin günbəgün yüksəlməsi bu referendumun keçirilməsini vacib edib. Referendum aktı layihəsində nəzərdə tutulan maddələr ölkə vətəndaşlarının hüquq və azadlıqlarının genişlənməsinə şərait yaradacaq".

Görüşdə çıxış edən Binəqədi rayonu sakinləri, ilk dəfə səs verəcək gənclər – Mərziyə Bağırlı və Oqtay Hüseynzadə gənclərə üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə öz təşəkkürlərinin bildirərək bütün həmyaşıdlarını, ilk dəfə səs verəcək gəncləri 26 sentyabrda seçki məntəqələrinə gedərək, referenduma səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə