ABŞ və Qərbin siyasi dairələri anlamağa məhkumdurlar... SİYASİ TƏHLİL
Sirr deyil ki, Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə mövcud olan təhlükəsizlik və sabitlik faktoru hər zaman ABŞ və Qərbin ermənipərəst, islamofob dairələrini ciddi şəkildə narahat edib. Məhz bu gün də həmin mövqe ortadadır və əldə edilən istənilən nailiyyət sözügedən dairələri təlaşlandırır, narahatlığa düçar edir. Əlbəttə ki, bu tipli mövqelərin sərgilənməsi arxasında dayanan əsas amillərdən biri və birincisi demokratik, dünyada məxsusi yeri olan, söz sahibinə çevrilən və müsəlman ölkəsi olan Azərbaycanın beynəlxalq aləmdə sürətlə isrəliləməsidir. Sosial, iqtisadi, siyasi və s. İstiqamətlərdə əldə ediləm uğurlar qeyri-səmimiyyətləri ilə seçilən mövcud dairələrin müxtəlif bəhanələrlə hərəkətə keçmələrinə səbəb olmaqdadır. Ona görə də ABŞ və Qərbin anti-Azərbaycan dairələri hər dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniyalara start verirlər. Biz bu kimi qərəzli, şantaj və s.xarakterli addımların seçkilərdə, beynəlxalq idman və mədəniyyət tədbirlərində atıldığının kifayət qədər şahidi olmuşuq. Nəticədə xalqımız bir daha əmin olur ki, bu gün ABŞ və onun Avropadakı müttəfıqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirirlər.
Xalq ordusu öz ölkəsinə qarşı oynanılan qərəz oyunlarına qarşı sərt mövqe göstərməklə istənilən daxili və xarici qüvvəni yerinə otuzdurmağı bacarır
Onlar bu cür mənfur addımlarını illərdir ki, Azərbaycan üzərində də gerçəkləşdirməyə çalışsalar da ciddi məğlubiyyətə uğrayıblar. Daha dəqiq desək, Azərbaycanı Misir, Liviya, İraq, Suriya və başqa ölkələrlə səhv salan bu dairələr planları baş tutmadıqca daha da aqressivləşir, daxillərində formalaşmış çirkin niyyətlərini aşkara çıxarmış olurlar. Çünki ilk növbədə, Azərbaycanda formalaşmış xalq-iqtidar vəhdəti belə planların icrasına imkan vermir. Azərbaycan xalqı dövlətçilik prinsiplərinin qorunub-mühafizə edilməsində hər zaman başqa ölkələrə nümunə olmuşdur. Xalq ordusu öz ölkəsinə qarşı oynanılan qərəz oyunlarına qarşı sərt mövqe göstərməklə istənilən daxili və xarici qüvvəni yerinə otuzdurmağı bacarır. Daim dövlətinə arxa-dayaq olan Azərbaycan xalqı müxtəlif ölkələrdə həyata keçirilən hakimiyyət çevrilişləri və hərbi müdaxilə ssenarilərindən doğan qanlı müharibələrin, on minlərlə insanlarn ölümünün, sosial-iqtisadi infrastrukturun dağılmasının nə olduğunu yaxşı dərk edir, bu səbəbdən də daha ayıq-sayıq olur.
O ölkələrdə tökülən hər bir insan qanı, itirilən həyat, dağılan ev həmin dairələrin üzərindədir
Belə bir məqamda aşkar şəkildə görünməkdədir ki, ABŞ və onun partnyorları bu gün Misir, İraq, Liviya, Suriya və digər ölkələrdə baş verən qanlı olaylara görə bilavasitə cavabdehlik daşıyırlar. O ölkələrdə tökülən hər bir insan qanı, itirilən həyat, dağılan ev həmin dairələrin üzərindədir.
Halbuki, ABŞ və Qərb ölkələrində insan hüquqlarımn pozulması, korrupsiya, ksenofobiya, irqçilik və faşizm şüarları geniş vüsət alıb. ABŞ-da son illər qara dərililərə qarşı olan faktiki münasibət, bu hadisələri işıqlandıran jurnalistlərin, media işçilərinin siyahıya alınaraq təqib oplunması, Avropada cərəyan edən qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir. Maraqlıdır, başqa ölkələrə "demokratiya dərsi" keçib", həmin ölkələrindaxili işlərinə qarışan amerikalı, qərbli başbilənlər nəyə görə öz daxillərindəki çoxsaylı bənzər hadisələri bir kənara qoyaraq, başqalarına "ağıl" öytərtməyə çalışırlar? Bunun özü bilavasitə dümokratik dəyərləri tapdamaq deyilmi?!
Vaşinqtonun imper siyasəti də göstərir ki, hazırkı dövrdə beynəlxalq hüquq işləmir, onun yerini isə bütün dünyaya hakim kəsillən diktat siyasəti tutub
Əslində, kifayət qədər özünü təsdiq edən faktlardan biri də budur ki, ABŞ-ın hakim dairələri bununla bütün dünyaya mesaj vermək istəyir ki, həqiqət heç də ədalətin yanında deyil, məhz güclünün tərəfindədir. Güclü haqqı, ədaləti məhv edib, öz "ədalətini" ictimai rəyə qəbul etdirmək niyyəti güdür. Bu baxımdan, Vaşinqtonun imper siyasəti də göstərir ki, hazırkı dövrdə beynəlxalq hüquq işləmir, onun yerini isə bütün dünyaya hakim kəsillən diktat siyasəti tutub.
Lakin hər necə olursa-olsun, anti-Azərbaycan qüvvələrin müstəqil, güclü və qətiyyətli siyasət yürüdən Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət heç bir nəticə verməyəcək.
Prezident İlham Əliyev: "Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz"
Əbəs yerə deyil ki, dövlət başçımız, Prezident İlham Əliyev cənabları daim öz çıxışlarında vurğulayır ki, Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkəyə çevrilib və bu fakt öz təsdiqini hər zaman tapmaqdadır: "Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Yəni, bu, bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir".
Beləliklə, ölkəmizə qarşı mənfur, çirkin və qərəzli siyasət yürüdən xarici qüvvələr – amerikalı başbilənlər, avropalı "ağılqoyanlar", eləcə də erməni lobbisinin pullarından şirnikləşən və bunun nəticəsində siyasi korrupsiyaya bulaşmış xarici QHT-lər anlamağa məhkumdrlar – heç bir qaranlıq planınız və mənfur arzularınız baş tutmayacaq, çünki Azərbaycan xalqı buna qətiyyən imkan verməyəcək!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB